NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Barselona"dan PSJ-yə daha bir transfer - 125 milyon avro

Oxundu: 306

"Barselona"dan PSJ-yə daha bir TRANSFER - 125 milyon avro

PSJ transfer bombasını partlatmağa hazırlaşır.


Paris klubu "Barselona"dan İvan Raktiçi transfer etmək niyyətində olduğu bildirilir.


"El Mundo Deportivo"nun məlumatına görə, bu mövsüm Çempionlar Liqasını qazanmağı hədəfləyən PSJ-nin sahibi Nasir Əl-Xəlifə Neymardan sonra "Barselona"dan daha bir ulduzun transferi üçün hərəkətə keçib. Qətərli milyarderin Raktiç üçün "Barselona"ya 125 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edilir ki, xorvat ulduzu "Monako" da istəyir. Lakin PSJ-nin daha israrlı olduğu və artıq təklifini qarşı tərəfə təqdim etdiyi bildirilir.
Qeyd edək ki, Raktiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya 18 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 50 milyon avro qiymət qoyduğu 30 yaşlı futbolçu ötən mövsüm oynadığı 55 rəsmi matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.(fanat.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system