DÜNYA

Oxundu: 157
Banqladeşin baş naziri - Ölkəmizdə artıq 800 mindən çox Myanma qaçqını var

Banqladeşin baş naziri - Ölkəmizdə artıq 800 mindən çox Myanma qaçqını var

Hazırda Banqladeşdə Myanmadan olan 800 mindən çox rohinca xalqının nümayəndəsi var. İslaminSesi TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasında ümumsiyasi diskussiyalarda Banqladeşin baş naziri Şeyx Həsina Vazid bildirib.

Картинки по запросу Sheikh Hasina Rohinja

 

"Biz hal hazırda Myanmadan olan 800 mindən artıq daxili köçkün rohinca xalqının nümayəndəsinə sığınacaq vermişik", - deyə xanım baş nazir qeyd edib.

 

Şeyx Həsina Vazidin sözlərinə görə, Myanmanın Rakhayn ştatında "onların (rohinca müsəlmanlarının-red.)  hüquqlarını pozurlar".

 

"Biz Myanma hakimiyyətinin öz ərazi bölgələrində rohincaların Myanmaya qayıtmalarına imkan verməmək üçün minalar yrləşdirmələrini dəhşətlə müşahidə edilik. Rohincalar əsrlər boyu yaşadıqları öz ölkələrində etnik təmizləmə üzündən qaçırlar".

 

Bu insanların təhlükəsiz və ləyaqətlə vətənə qayıtmaq imkanları olmalıdır", - nazir Banqladeş vurğulayıb. O, BMT və bütün dünya ictimaiyyətini "bu böhranın həlli üçün tədbirlər görməyə" çağırıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system