DÜNYA

Oxundu: 44
Banqladeş höküməti rohinca müsəlmanlarının yüz minini kimsəsiz adaya köçürməyi planlaşdırır

Banqladeş höküməti rohinca müsəlmanlarının yüz minini kimsəsiz adaya köçürməyi planlaşdırır

İslaminSesi.info CNN-ə istinadla xəbər verir ki, Banqladeş höküməti ölkəyə sığınmış rohinca müsəlmanlarının 100 minini aran ərazi olan kimsəsiz Tenqar Çar adasına köçürməyi planlaşdırır.

Bu barədə Banqladeşin planlaşdırma naziri Mustafa Kamal məlumat verib. Məlumata görə, hökümət tərəfindən bu plan üçün 278 milyon dollar ayrılıb.

 

Rohinca müsəlmanlarının köçürülməsi planı noyabrın 28-də Banqladeşin baş naziri Şeyx Hasina tərəfindən təsdiq edilib. Eyni gün Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatı Banqladeş hğkümətini bu addımdan vaz keçməyə çağırıb və planı "dəhşətli səhv" adlandırıb.

 

"Adanın təxminən 30,000 hektar ərazisi vardır, 37 kilometrdən bir qədər çoxu qurudan ibarətdir, rəsmən kimsəsiz adadır. Bu ada güclü yağış və ya musson mövsümüləri zamanı su basır", - deyə bölgənin meşə zabiti Əmir Hüseyn Çoudri bildirib.

 

This photograph taken in January 2015 shows Thengar Char, the proposed place for relocating Rohingya refugees.

 

İnsan haqları qruplarından şikayətlərinə cavab olaraq Banqladeş Hərbi Dəniz Qüvvələri tərəfindən ada ərazisində araşdırma aparılıb və bildirilib ki, adada yaşayış mümkündür və onun sahillərində işləmək belə olar. Nəticədə, hökumət adanın 60 min hektarlıq ərazisində  təxminən 1,500 ədəd barak evlərinin və 120 sığınacaq mərkəzlərinin inşasını planlaşdırır. Plana əsasən rohinca müsəlmanlarının adaya yerləşdirilməsinə 2019-cu ildən başlanacaq.

 

Banqladeş höküməti bundan əlavə rohinca müsəlmanlarının hazırda yaşadıqları Myanma ilə sərhəddəki Kutapalonqda 1200 hektarlıq qaçqın düşərgəsi inşa edir.

 

Qeyd edək ki, Myanma ordusu 2012-ci ildən bəri ölkənin Rakhin əyalətinin Rohinca bölgəsinin müsəlmanlarına qarşı dini ayrıseçkilik və qətliam tətbiq edərək 10 minlərlə müsəlmanın qaçqın vəziyyətinə düşmələrinə səbəb olub. Cari il avqustun axırlarında Myanma ordusunun həyata keçirdiyi növbəti amansız hücumlar nəticəsində isə 3 mindən çox rohinca müsəlmanı qətlə yetirilib, 626 mini Banqladeşə qaçıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system