Banqladeş əhalisi Kəşmir qərarına qarşı etiraza qalxdı

Oxundu: 121
Banqladeş əhalisi Kəşmir qərarına qarşı etiraza qalxdı

Banqladeş İslam Alimləri Birliyi Kəşmir məsələsi ilə əlaqədar paytaxtda etiraz aksiyaları təşkil edib.

 

“İslaminSesi” islamicmedia.org-a istinadən xəbər verir ki, İslam Alimləri Birliyi tərəfindən təşkil olunan etiraz aksiyalarında çoxlu sayda insan iştirak edib.

 

Etirazçılar Kəşmirin muxtariyyətinin ləğvinə qarşı çıxdığlarını, orda olan müsəlmanlara qarşı olan təzyiqlərə öz etirazlarını bildiriblər.

 

Xatırladaq ki, tarixdə xüsusi izi olan Kəşmir ümumilikdə ərazisi 220 min kv. km-ə yaxın olan, əksəriyyəti müsəlmanlardan ibarət olan bir bölgədir. Bu bölgə 1947-ci il Pakistan və Hindistanın müstəqillik qazanmasından sonra iki ölkə arasında bölüşdürülüb. Bu bölgünün anlaşılmazlığı hələ də davam edir. Xatırladaq ki, bu bölgənin 40 min kv.km-ə yaxın hissəsi isə Çin tərəfindən işğal edilib.

 

Bir neçə gün öncə Hindistan parlamenti Kəşmirin müxtariyyətini ləğ etmişdi.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system