NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 86
Bankomatı yaranların qarşısı alındı - Sumqayıtda

Bankomatı yaranların qarşısı alındı - Sumqayıtda

İslaminSesi bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, qeyd edilən ünvanda quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

        Qeyd edək ki, saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankamatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımı avadınlıqlar götürərək bankamatın içində olan seyfi qıraraq oğurluq etməyə cəhd göstəriblər.

       Dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədən zaman istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.

      Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system