NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Bankomatdan pul çıxaran qadın soyuldu

Bankomatdan pul çıxaran qadın soyuldu

Bakıda bankomatdan pul çıxaran şəxsə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

"İslaminSesi.info" bildirir ki, DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 13-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Məmmədzadə həmin gün saat 17 radələrində bankomatdan pul çıxarıb evə gedərkən blokun girişində naməlum şəxsin hədə-qorxu gələrək onun üzərindəki 143 manatını alaraq aradan çıxdığını bildirib.

Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Hüseynov olduğu müəyyən edilib. Saxlanılan şəxs N.Məmmədzadəni bankomatdan pul çıxararkən gördüyünü və izləyərək bu əməli törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system