ÖLKƏ

Oxundu: 56
Balakəndə oğurluqla məşğul olan cinayətkar dəstə zərərsizləşdirib

Balakəndə oğurluqla məşğul olan cinayətkar dəstə zərərsizləşdirib

İslaminSesi bildirir ki, Balakən polisi rayon ərazisində məscidlərdən, evlərdən və mağazalardan silsilə oğruluq edən cinayətkar dəstəni zərərsizləşdirib.

 

Daxili İşlər Nazirliyinin (DİN)  Mətbuat Xidmətinin Şəki regional  qrupundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının RPŞ-yə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus evlərdən, mağazalardan və rayonda fəaliyyət göstərən 6 məsciddən oğruluq edən şəxslərin rayon sakinləri Kamran Musa oğlu Muradov, Tural Lelimad oğlu Lelimadovun və Mehman Nizamı oğlu Gəncəyevin olması məlum olub.

 

Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyev bir araya gələrək qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdikləri məlum olub. Onların rayon sakinlərinə 4350 manat maddi siyan vurması müəyyən edilib.

 

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system