NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 116
Bakıya gələn bərədə terror aktının qarşısı alınıb

Bakıya gələn bərədə terror aktının qarşısı alınıb

Tükmənistan vətəndaşlarından partlayıcı qurğu aşkarlanıb

Türkmənbaşı-Bakı reysini yerinə yetirən “Bəxtiyar” adlı yük-sərnişin bərəsində terror aktının qarşısı alınıb. İslaminSesi xəbər verir ki, məlumatı APA “Türkmənistan xronikası" portalına istinadən yayıb. Hadisə avqustun 28-də baş verib. Türkmənistanın xüsusi xidmət orqanları bərəyə partlayıcı qurğu keçirən Türkmənistan vətəndaşı olan iki qardaşı (ad və soyadları açıqlanmır) saxlayıb.

 

Bildirilir ki, qardaşlar müxtəlif yerlərə bilet alıb, partlayıcı qurğunu isə hissələr şəkilində ayrı-ayrılıqda keçirərək göyərtədə yığmağı planlaşdırıblar. Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin, Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətin heyəti olub.

 

Xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbər tutub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system