Bakıya duman çökəcək, külək əsəcək - Sabahın HAVASI

Oxundu: 90
Bakıya duman çökəcək, külək əsəcək - Sabahın HAVASI

Yanvarın 26-na gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

 

İslaminSesi bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.

 

Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq, Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system