NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakının yollarından birində hərəkət bərpa olunur

Oxundu: 144
Bakının yollarından birində hərəkət bərpa olunur

Bakının Ziya Bünyadov prospektinin kənar yolu ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.

 

İslaminSesi bildirir ki, bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

 

Məlumata görə, bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində agentliyin mütəxəssislərinin hazırladığı layihənin icrası sayəsində mümkün olub. Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospektinin kənar yolu ilə hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər.

 

Ziya Bünyadov prospekti ilə 20 yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti - Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti işıqfor vasitəsilə nizamlanacaq.

 

"Sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən işıqforun və yol nişanlarının tələbinə riayət etmələri xahiş olunur", - məlumatda deyilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system