NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakının mərkəzi küçələrində işıqforlar xarab oldu, təhlükəli durum yarandı - VİDEO

Oxundu: 288
Bakının mərkəzi küçələrində işıqforlar xarab oldu, təhlükəli durum yarandı - VİDEO

Bakının mərkəzi küçələrində işıqforlar işləmir.

 

İslaminSesi bildirir ki, Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, işıqforlardakı nasazlıq səbəbindən iki küçədə qəza şəraiti yaranıb.

 

Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsində işıqforun fəaliyyətindəki nasazlıqlar nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradıb. İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb.

 

Bu problem, piyada zolağından istifadə edən sakinlərin həyatı üçün də təhlükəli vəziyyət yaradıb.

 

Digər analoji hadisə isə Nəsimi rayonunun 28 May küçəsində yaşanıb. Belə ki, işıqforun işləməməsi səbəbindən yolu keçmək istəyən piyadalar təhlükə ilə üzləşiblər. Bu da sürücü və piyadalar arasında çaşqınlıq yaradıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system