Bakının mənzil bazarında qiymətlər qalxdı
Oxundu: 348
11:07, 13.02.2018
İlkin nəticələrə əsasən, yanvar ayında təkrar mənzil bazarında evlərin qiymətində 1,2-1,5 faiz nisbəti arasında bahalaşma müşahidə olunub.
"İslaminSesi.info" bildirir Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
R.Osmanlı qeyd edib ki, qiymət artımı gözlənilən olmayıb: “Çünki adətən yanvar ayında qiymət ya düşür, ya da stabilləşir. Amma bazarda bu dəfə aktivliyin azalması müşahidə olunsa da, əksinə qiymətlər artdı”.
Ekspertin sözlərinə görə, qiymət artımı daha çox dəyəri 120 min manata qədər olan mənzillərdə müşahidə olunub.
R.Osmanlı əlavə edib ki, ilkin mənzil bazarında isə qiymətlər stabil qalıb.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayında da Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınmışdı. Belə ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2,51 faiz təşkil etmişdi.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Eldəniz Quliyev Qobustan təcridxanasında islamçı məhbuslarla görüşdü 23:30, 16.02.2019
-
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb 20:38, 16.02.2019
-
Narkoloji Mərkəzdəki “yanğın işi”: İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım? 15:05, 16.02.2019
-
Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 14:50, 16.02.2019
-
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 14:40, 16.02.2019
-
Bakıda dələduzluğa görə üç ildir axtarışda olan şəxs tutulub 14:25, 16.02.2019
-
Azərbaycanın Türkiyəyə qoyduğu investisiyanın həcmi açıqlandı 14:15, 16.02.2019
-
Sabahın hava proqnozu açıqlanıb 14:01, 16.02.2019
ŞƏRH YAZIN