NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı

Oxundu: 206
Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı

Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.

İslaminSesi.info - nın məlumatına görə, səhər saatlarından etibarən paytaxtın Moskva, Tbilisi, Mətbuat prospektlərində, 28 may, Vağzalyanı, Rəşid Behbudov küçələrində tıxac yaranıb.

 

Bununla yanaşı, Qara Qarayev prospektindən Heydər Əliyev prospektinə çıxışda tıxac yarandığından avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək Ziya Bünyadov prospektinə yönləndirilib.

 

Hazırda həmin ərazilərdə yol polisi əməkdaşları avtomobillərin hərəkətini tənzimləməyə çalışır.

 

Xatırladaq ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı bu gündən etibarən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb,

 

Bununla əlaqədar Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edir. trend

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system