NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıdakı təhlükəli vəziyyətlə bağlı qərargah yaradıldı

Oxundu: 204
Bakıdakı təhlükəli vəziyyətlə bağlı qərargah yaradıldı

Badamdar şosesində baş verən sürüşmə zonası ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında qərargah yaradılıb.

"İslaminSesi.info" -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. 

 

 

Onun sözlərinə görə, ərazidə aktivlik oktyabr ayının 1-dən başlayıb:

 

“Həmin gündən nazirlikdə xüsusi qərargah yaradılıb. Mütəmadi olaraq hər gün müşahidələr aparılıb. Bu gün səhər saat 08:00 radələrində aktivlik daha da artdı və sürüşmə baş verdi. Sürüşmənin eni 300 metrdən artıq olan ərazi üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalta doğru irəlilədi və yolun bir hissəsi torpaq qatının altında qaldı”.

 

 

Əziz Qaralov qeyd edib ki, ərazinin təsir dairəsi təxminən 11 yaşayış binası və iki obyekti əhatə edir:

 

 

“Dünən müvafiq qurumlar tərəfindən sakinlərə xəbərdarlıq edilib. Su, qaz, işığın verilməsi dayandırılıb. Hazırda aktivlik müşahidə olunur”.

Nazirlik rəsmisi qeyd edib ki, sürüşmə ilə bağlı xəritə hazırlanıb:

“Sürüşmənin təsir dairəsi, nə qədər evə zərər gəlməsi barədə məlumat hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişik. Hazırda ərazidə gərginlik var. Bu ərazidə 2012-ci ildə sürüşmə müşahidə olunurdu. 2013-cu ildə istinad divarları tikilib. Amma o vaxtdan sürüşmə hadisəsi qeydə alınmayıb. Bu ayın əvvəlindən ərazidə gərginlik yenidən başladı və bu gün baş verən proses davam edir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system