NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda yollar niyə çökür? - SƏBƏBLƏR

Oxundu: 247
Bakıda yollar niyə çökür? - SƏBƏBLƏR

Son üç il ərzində Azərbaycanda yollarda kifayət qədər çökmə və sürüşmə prosesi baş verib. Bayılda iki ev, bir küçə divarı, Zığ prospektində yamac, Badamdarda isə torpaq sürüşməsi qeydə alınıb.

Daha da dəqiq desək, 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda, 2019-cu ildə isə Nobel prospektində və Sumqayıtda yol çöküb.

 

Yol çökməsi ilə bağlı hadisələrdə adətən qurumlar məsuliyyəti bir-birinin üzərinə atır.

 

Açıqlama verən rəsmilər əksər hallarda səbəb kimi qrunt sularının torpağı yumasını göstərirlər. Hətta, kanalizasiya xətlərinin çürüyərək istifadəyə yararsız hala düşməsi barədə fikirlər də səsləndirilir. 

 

Bəs son illərdə paytaxt ərazisində, eləcə də ölkənin digər şəhər və rayonlarında yolların çökməyə meyilli olmasının səbəbi nədir?

 

Məsələ ilə bağlı  danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib ki, yeni yollar çəkilən zaman və ya yollarda yenidənqurma işləri aparılarkən kanalizasiya xətləri mütləq şəkildə yoxlanılmalıdır:

 

“Çox güman ki, yollarda baş verən çökmələrin səbəbləri yer altından axan nəzarətsiz sular və kanalizasiya xətləridir. Su axını yerin altını yuyur və müəyyən boşluqlar (çökəklik) yaradır. Bir müddət sonra da həmin ərazilərdə çökmə baş verir. Təəssüf ki, bizdə bu işlərə laqeyd yanaşılır. 

 

Bakıda və regionlarda ərazilər yenidən öyrənilməlidir. Yol təkcə çökən hissədən ibarət deyil. Bu cür hadisə baş verirsə, həmin ərazinin yaxınlığında yerləşən ərazilər də dərindən öyrənilməlidir. Bakının kanalizasiya sistemi çox köhnədir Artıq demək olar ki, istifadə müddəti bitib, borular çürüyüb.

 

Bu işlər sistematik keçirilməlidir. Əks halda, heç bir qabaqlayıcı tədbir görülə bilməz. Tikilən çoxsaylı yaşayış binaları var ki, onların ətrafları öyrənilməlidir, yolların kənarlarında tədqiqatlar aparılmalıdır ki, baş verə biləcək hadisələrə qarşı hər hansı tədbirlər görülsün. Universitetlərimiz 50 ildir mütəxəssis yetişdirir.

Yaxşı olardı ki, həmin şəxslər bu işlərə cəlb edilsin”.

 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan prezidentinin sərəncamları əsasında dövlət büdcəsindən 2018-ci ildə Azərbaycanda avtomobil yollarının tikintisi və təmirinə 672,05 mln. manat ayrılıb.

 

Hesabat dövrü ərzində ölkədə respublika və yerli təyinatlı 1,887 min km avtomobil yolları tikilib və əsaslı təmir olunub.

Bundan başqa, ötən il 16 yeni avtomobil körpüsü inşa edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system