ÖLKƏ

Oxundu: 159
Bakıda yeni tunelin tikintisi yekunlaşır

Bakıda yeni tunelin tikintisi yekunlaşır

Paytaxtın Heydər Əliyev prospektində - Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

"İslaminSesi.info" xəbər verir agentliyin mətbuat xidmətindən  bildirilib ki, tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metrdir. Məlumata əsasən, avtomobil tuneli hər biri 4,5 metr enində 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 metr nəzərdə tutulub.

Layihəyə uyğun olaraq, tunelin prospektin altından keçməsi üçün svay vurma və qazıntı işləri tam olaraq yekunlaşdırılıb, qazılmış tunelin üstü betonlanaraq asfaltlanıb, tunelin içərisində kanalizasiya-drenaj xətləri çəkilib, yaxınlıqdan keçən yüksək təzyiqli kommunikasiya boruların üzərindən 1 aşırımlı və 21 metr uzunluğunda körpü inşa edilib.

Hazırda ərazidə layihənin sonuncu mərhələsi həyata keçirilir. Belə ki, tunelin içinin və çölünün üzlənməsi, tunel və yanaşma yolların torpaq yatağının kipləşdirilməsi, tunel çıxış hissəsinin yanından keçməklə “Sabunçu yol qovşağı”na qalxan köməkçi yolun inşası işləri davam etdirilir.

Köməkçi yolun uzunluğu 700 metr, eni isə 9 metrdir. Bu yolun köməkliyi ilə Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər və tuneldən çıxan sürücülər sözügedən yol hissəsi vasitəsilə rahat və maneəsiz şəkildə “Sabunçu yol qovşağı”na daxil ola biləcəklər.

Ümumilikdə isə, tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və “Koroğlu” metro stansiyasının qarşısından keçmədən hava limanı istiqamətində hərəkət edə biləcəklər.

Yeni avtomobil tuneli hazır olanda avtomobillər Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcəklər. Bu isə sıxlığın azalmasına gətirib çıxaracaq.

Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system