NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 413
Bakıda yaşayış binasında yanğın zamanı 7 nəfər xilas, 25 nəfər təxliyə olunub - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın zamanı 7 nəfər xilas, 25 nəfər təxliyə olunub - YENİLƏNİB

İslaminSesi bildirir ki, Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

 
 Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.


İslaminSesi nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Yasamal rayonunda çoxrmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. 

 

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.  Hazırda yanğının başvermə səbəbləri araşdırılır. 
 
Ətraflı məlumat veriləcək. 

 

***

 

11.43

 

Bakıda yaşayış binasında yanğın başlayıb.

 

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system