Bakıda Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günü qeyd olunub - Fotolar + Video

Oxundu: 450
Bakıda Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günü qeyd olunub - Fotolar + Video

Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) – in qızı, dünya qadınları üçün ən yaxşı həyat yoldaşı və ana nümunəsi Xanın Fatimeyi-Zəhra(s.ə) –nın mövlud (doğum) günü müsəlman aləmində əsl bayram əhval ruhiyyəsi ilə qeyd olunur. Hər bir baxımdan dünya qadınları üçün ən ali nümunə sayılan Xanım Fatimə(s.ə) – nin mövludu Azərbaycan İslam Partiyasının Qadınlar Şurası tərəfindən də böyük coşğu ilə qeyd ediilib.

 

İslaminSesi”  xəbər verir ki,  Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr edilən bayram tədbirində  İslam Partiyasının rəhbərliyi, AİP Qadınlar Şurasının üzvləri və inanclı xanımlar iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan İslam partiyasının sədr əvəzi, ruhani alim  hacı İlham Əliyev Həzrət Fatimeyi-Zəhra (s.ə) –nın həyat yoluna nəzər salıb. Mübarək mövlud günü münasibəti ilə  dünya müsəlmanlarını və bütün inanclı insanları təbrik edib.

 

Ruhani alim bildirib ki, İlahi vilayətin  davamı Xanım Zəhra (s.ə) vasitəsi ilə gerçəkləşib. İmam Əli (ə) və xanım Fatimənin (s.ə)  pak ailəsinin davamı olaraq  on bir imam dünyaya gəlib, onların bərəkət və rəhməti aləmlərə nur saçıb. 

 

Hacı İlham Əliiyev qeyd edib ki, yer üzündə Həzrət Fatimə kimi atasına qayğı göstərən, həyat yoldaşına xanımlıq edən, övladına yüksək əxlaqlı tərbiyə  verən bir qadın olmayıb. Bu səbəbdən də Xanımın həyatı cəmiyyət  və ailələr üçün bir nümunədir.  

 

Daha sonra mövlud tədbirində çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bildirib ki, Xanım Fatimeyi-Zəhranın(s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir.

 

Həzrət Fatimeyi-Zəhranın əzəmətindən, onun Allahın yanındakı məqamından söz açan Növrəstə İbrahimova  bildirib ki, Xanım öz qısa, lakin mənalı həyatı ilə iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyub.

 

Çıxışlardan sonra  mövlud tortu kəsilib və  xanımlara hədiyyələr təqdim olunub.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system