NAMAZ VAXTLARI:
  • FƏCR 04:24
  • GÜN 05:52
  • ZÖHR 12:39
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLENİB 3

Oxundu: 1117
Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLENİB 3

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb

 

***

 

“Report” un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

 

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

 

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

 

"İslaminSesi.info"  bildirir ki, “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

 

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

 

***

"İslaminSesi.info" nın məlumatına görə, yanğın dükanlardan birində qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci mikrorayon bazarının yaxınlığında qeydə alınıb.

 

Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən "Diqlas" ticarət mərkəzində hazırda yanğın davam edir. Ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.

 

Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

 

Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır. 

 

 Məlumata görə, hadisə yerində hazırda 10 yanğınsöndürən maşın fəaliyyət göstərir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system