Bakıda tez-tez yanan ticarət mərkəzləri və bazarları -VİDEOXRONİKA

Oxundu: 189
Bakıda tez-tez yanan ticarət mərkəzləri və bazarları -VİDEOXRONİKA

Son aylar Bakıda ticarət mərkəzlərində və bazarlarda baş verən yanğınlar cəmiyyətdə ciddi narahatlığa səbəb oldu. Əmlak və malların yanması ilə yanaşı, yüzlərlə ticarətçinin müflis olmasına yol açan yanğınlar yanğın təhlükəsizliyi, malların sığorta olunması kimi ciddi problemləri üzə çıxardı.

 

İslaminSesi Modern.az - a istinadən  son aylarda ölkə gündəminin əsas mövzularına çevrilən yanğınlarla bağlı məlumatı qısa videonu təqdim edir.

 

"Sədərək" ticarət mərkəzində yanğın

Bu gün səhər saatlarında "Sədərək" ticarət mərkəzində qeydə alınan yanğın 900-1000 kv. metr ərazini əhatə edib

Ümumiyyətlə "Sədərək" ticarət mərkəzində yanğın hadisələri tez-tez baş verir. Belə ki, son 5 ildə burada 6 dəfə yanğın olub.

 

"EuroHome"  tikinti materialları bazarında yanğın

Ötən ilin dekabrında Binəqədi rayonunun "EuroHome" tikinti materialları bazarında 100-dən çox mağaza yanıb.

 

“Diqlas” Ticarət Mərkəzində yanğın

Keçən il martın 26-da Bakının Nizami rayonunda yerləşən “Diqlas”da başlayan yanğın ticarət mərkəzini yararsız vəziyyətə saldı

 

 “3-cü mikrorayon bazarı”nda yanğın

14 dekabr 2019-cu ildə Nəsimi rayonunda yerləşən “3-cü mikrorayon bazarı” adlanan ərazidə yanğın 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexini külə çevirdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system