NAMAZ VAXTLARI:
  • FƏCR 05:38
  • GÜN 06:58
  • ZÖHR 12:25
  • ŞAM 18:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda temperatur normadan yüksəkdir - Nazirlik

Oxundu: 303
 Bakıda temperatur normadan yüksəkdir - Nazirlik

Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu iqlim normasından iki-üç dərəcə yüksəkdir.

"İslaminSesi.info" xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Onun sözlərinə görə, fevral ayı bir qədər mülayim keçir, havanın temperaturu 8-10 dərəcə arasında dəyişir. 

 

“Fevral ayın isti keçməsinə əsas səbəb yüksək təzyiq və cənub küləklərin üstünlüyüdür. Bu il fevralda sabit hava şəraiti müşahidə edilir. Elə illər olub ki, fevral ayı soyuq ay kimi, elə illər olub ki, mülayim ay kimi xarakterizə olunub”.  

 

G. Məmmədova qeyd edib ki, yaxın günlərdə hava şəraitində mühüm dəyişiklik gözlənilmir:

 

“Lakin fevralın 14-də hava qeyri-sabit keçəcək. Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı,  gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Rayonlarda bəzi yerlərdə sulu qar, qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system