NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda tanınmış şirkətin sürücüsü özünə yandırdı

Oxundu: 9250
Bakıda tanınmış şirkətin sürücüsü özünə yandırdı

Şirkət sürücünün iki aylıq maaşını verməkdən imtina edib, nəticədə sürücü intihara əl atıb

Xətai rayonu ərazisində Bakı şəhər sakini hamının gözü qarşısında özünü yandırıb. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən məlumat verilib. Xoşagəlməz insident saat 12:30 radələrində Həzi Aslanov qəsəbəsində, 37-ci polis bölməsinin ərazisində baş verib. Paytaxt sakini, 1985-ci il təvəllüdlü Zeynalov Bəhruz Feyruz oğlu intihara cəhd edib. Kişi üzərinə benzin tökərək od vurub. Xoşbəxtlikdən yaxınlıqdakı adamlar Zeynalovu söndürüblər. Kişi əlindən, boynundan və qarnından yanıq xəsarətləri alıb. O, 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, Zeynalov əmək haqqının ödənilməməsi səbəbindən intihara cəhd edib. Məlum olub ki, o, Elat ASC şirkətinin sürücüsü işləyib. Şirkətin sahibi onun iki aylıq əməkhaqqını verməkdən imtina edib. Odur ki, Zeynalov özünə qəsd etmək qərarına gəlib. Məlum olub ki, şirkətin sahibi sürücüyə 1500 manat borcludur. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system