NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda siyasi xadim Əhməd Bəy Ağaoğlunun yubileyinə həsr olunan elmi-praktik konfrans /Foto-Video/

Oxundu: 287
Bakıda siyasi xadim Əhməd Bəy Ağaoğlunun yubileyinə həsr olunan elmi-praktik konfrans /Foto-Video/

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə görkəmli siyasi və ictimai xadim, ideoloq Əhməd Bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib.

 

İslaminSesi xəbər verir ki, konfransda ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm adamları və ziyalıları, Əhməd Bəy Ağaoğlu irsinin tədqiqatçıları , partiya və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət və media mənsubları iştirak ediblər. 


Tədbirdə öncə görkəmli Azərbaycan ziyalısının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca konfransı giriş nitqi ilə Tarix üzrə fəlsəfə doktoru Firdövsiyyə Əhmədova açıb. O, görkəmli fikir adamı və siyasi xadim Əhməd Bəy Ağaoğlunun 150 illik yubileyi ərəfəsində belə bir tədbirin təşkil edilməsini yüksək qiymətləndirib.

 

Daha sonra konfransda çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Əhməd Bəy Ağaoğlunun həyat və mübarizə yolu, ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumat verib.


Ardınca konfransda çıxış edən tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova, filalogiya üzrə fəlsəfə doktoru Akif Aşırlı və digər qonaqlar da mövzu ətrafında maraqlı fikirlər səsləndiriblər.

 

Sonda konfransın yekunlarına dair müddəalar səsləndirilib. 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system