NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 268
Bakıda sərnişin avtobusu qəzaya düşüb

Bakıda sərnişin avtobusu qəzaya düşüb

Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib."İslaminSesi.info" bildirir ki, APA-nın məlumatına görə, avtoqəza Zığ şossesində qeydə alınıb.

 

Belə ki, Rüstəmov Kənan Vaqif oğlu idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə Hövsan qəsəbəsindən Nobel prospekti istiqamətində hərəkətdə olan zaman avtomobilin təkərində nasazlıq yaranıb. Sürücü avtomobili yolun sağ hissəsində saxlamaq istəyərkən Muxtarov Baba Adil oğlunun 132 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu zərblə ona çırpılıb. Zərbənin təsirindən minik maşınına ziyan dəysə də, xəsarət alan olmayıb.

 

Yol qəzasının təfərrüatlarını Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsinin müfəttişləri araşdırır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system