Bakıda Şəhid Süleymaninin xatirəsi sərgisi keçiriləcək - FOTO

Oxundu: 1520
Bakıda Şəhid Süleymaninin xatirəsi sərgisi keçiriləcək - FOTO

Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində İran İslam Respublikasının SEPAH təşkilatının Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin xatirə mərasimi keçiriləcək.

İslaminSesi-nin İQNA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində İran İslam Respublikasının SEPAH təşkilatının Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin xatirə mərasimi keçiriləcək.

 

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə keçiriləcək mərasimdə Şəhid Süleymaninin şəxsiyyəti, fədakarlığı, rəşadəti və şəhadəti barəsində və ədalət, azadlıq, zülmlə mübarizə və müqavimət mövzularında ərsəyə gətirilmiş şeir, musiqi, məqalə, rəsm, klip və ürək sözləri kimi incəsənət əsərləri sərgiyə çıxarılacaq.

 

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin bu barədə elanından sonra xatirə mərsiminin keçirilməsi komitəsinə müxtəlif mövzularda çox sayda əsərlər göndərilib.

 

Bu əsərlər hakimlər heyəti tərəfindən qiymətləndirildikdən sonra Şəhriyar Mədəniyyət Sarayında keçiriləcək mərasimdə seçilmiş əsərlər mükafatlandırılacaq.

 

Qeyd edək ki, İslam Respublikasının SEPAH təşkilatının Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin ABŞ dövləti tərəfindən namərdcəsinə terror edilməsi Azərbaycan xalqını da kədərləndirib. Onlar sosial şəbəkələrdə Amerikanın bu mənfur addımını məhkum ediblər. Bakıda İranlıların Mədəniyyət Mərkəzi və İran səfirliyinə gələrək bu münasibətlə İran xalqına başsağlığı veriblər və əzadarlıq mərasimlərində iştirak ediblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system