Bakıda qırmızı işıqda yolu keçən qadını maşın vurdu, heç nə olmamış kimi durub getdi – ANBAAN VİDEO

Oxundu: 110
Bakıda qırmızı işıqda yolu keçən qadını maşın vurdu, heç nə olmamış kimi durub getdi – ANBAAN VİDEO

Bəzən piyadalar nizamlanan piyada keçidlərində qadağanedici işıq olsa belə yolu keçməyə cəhd edirlər. Düşünürlər ki, əgər piyada keçidi varsa, deməli, istənilən an keçmək olar.

 

Eyni zamanda Yol Hərəkəti Haqqında Qanunda deyilir ki, piyada yolu təhlükəsiz keçəcəyinə əmin olduqdan sonra keçməlidir. Təssüf ki, piyadavurmaların əksəriyyətində məsuliyyətsizlik heç də sürücüdə olmur. Amma bunun cəzasını sürücü çəkir.  

 

İslaminSesi bildirir ki, Avtosfer.az-ın təqdim etdiyi görüntülər təxminən bir ay əvvəl Bakı şəhərində çəkilib.  

 

Nizamlanan piyada keçidindən yol avtomobillərin olsa da, qadın yolu keçməyə çalışır. Bu zaman avtomobillin biri tərəfindən vurulmaqdan canını qurtarır.  

 

Lakin geri qayıtmaq əvəzinə qaçaraq irəli atılır. Bu zaman onu görməyən digər avtomobilin sürücüsü qadını vurur.  

 

Zərbənin gücündən qadın bir neçə metr kənara düşərək yıxılır. Bu zaman əlindəki telefonu da kənara düşür.  

 

Amma xoşbəxtlikdən qadın ciddi xəsarət almır. Yerindən qalxır və heç nə olmamış kimi yoluna davam edir.  

 

Bu arada, kənara düşən telefonunu ona qaytaran digər şəxs qadına qalxmaqda köməklik edir. Nəzərə alsaq ki, piyada keçidi yolun əyri hissəsində yerləşir və sıxlıq olan zaman sürücünün piyadanı uzaq məsafədən görməsi mümkün deyil, həmçinin yol avtomobillərindir və burada sürücüdə günah yoxdur. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system