NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda “Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir” adlı tədbir keçirilib /VİDEO/

Oxundu: 1990
Bakıda “Qarabağın azadlığına gedən yol şəhidlikdən  keçir” adlı tədbir keçirilib /VİDEO/

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir” adlı dəyirmi masa keçirilib.

  

"İslaminSesi" xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə QAT üzvüləri,  partiya və təşkilat rəhbərləri, ölkənin tanınmış ziyalıları və media mənsubları , Qarabağ qaziləri və şəhid ailələri iştirak ediblər.

 

Tədbiri açan QAT sədri Akif Nağı bildirib ki, 20 yanvar mübarizə və əzm gününün növbəti ildönümündə yüzminlərlə soydaşımızın vətən və torpaq naminə fədakarlığı ölkə səviyyəsində böyük qürur hissi ilə yad olunur.   20 yanvar faciəsinin  tarixinə nəzər salan Akif Nağı Azərbaycan xalqının öz qanı bahasına imperiya əsarətinə son qoyduğunu deyib. Bu böyük qələbəni Azərbaycan  tarixinin ən şərəfli səhifəsi adlandırıb.  QAT sədri əlavə edib ki, ərazi bütövlüyümüzün bərpası, Qarabağın işğaldan azad edilməsi, düşmən üzərində son və tam qələbənin əldə olunması üçün Azərbaycan xalqı bir daha ayağa qalxmalı və kütləvi şəhidlik nümunəsi göstərməlidir.

 

Daha sonra tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani-alim  Hacı İlham Əliyev bildirib ki,  20 yanvar faciəsi əzəmətlə yad olunmalıdır.  AİP-in sədr əvəzi qeyd edib ki, insan öz canını nə qədər çox sevsə də, azadlıq məfhumu qarşısında canını fəda etməyə hazır olur. Hacı İlham Əliyev  fikirlərini Qurani Kərimdən olan ayə ilə davam etdirib.

 

AİP-in sədr əvəzi əlavə edib ki,  Allah insan üçün daha geniş qapı açır ki, o təkcə özünün deyil, ətrafındakıların azadlığı üçün də mübarizə apara bilsin və lazım gələrsə dünya həyatına son qoymağı bacarsın. Allah bu cür fədakar insanları əbədi həyatla müjdələyir.

 

Çıxışını davam etdirən ruhani-alim, 20 yanvarın fəxarət hissi ilə anılmasının vacibliyini dilə gətirib. İnsanın daima açıq düşüncə ilə yaşamasının və ətrafındakılar üçün fədakarlıq nümayiş etdirməsinin vacibliyini vurğulayıb. 

 

Daha sonra dəyirmi masada söz alan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, 20 yanvar cəmiyyətinin idarə heyətinin üzvü Valeh Hüseynov və digər qonaqlar mövzu ətrafında çıxışlar edərək, mühüm məqamlara toxunublar.  Çıxışçılar bildiriblər ki, İmam Hüseyn (ə) məktəbinə, Şah İsmayıl, Cavad xan nümunələrinə, Qarabağ və 20 yanvar şəhidlərinin qəhrəmanlıq səlnamələrinə söykənərk, torpaqların azadlığı uğrunda müqəddəs savaşa başlamalı və qalib gəlməliyik.

 

Tədbir QAT və dəyirmi masa iştirakçılarının hazırladığı bəyanatın oxunması ilə yekunlaşıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system