Bakıda "Qarabağa gedən yol şəhidlikdən keçir" mövzusunda tədbir keçirilib - Fotolar

Oxundu: 253
Bakıda

Bu gün Qarabağ Azadlıq Təşkilatının ( QAT) təşəbbüsü ilə, “Qarabağa gedən yol şəhidlikdən keçir!” mövzusunda dəyirmi masa keçirilib.

 

İslaminSesi xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkənin tanınmış ziyalıları, partiya və təşkilat rəhbərləri, Qarabağ müharibəsi veteranları və din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

 Dəyirmi masa Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.

 

Ardınca tədbiri giriş nitqi ilə açan QAT sədri Akif Nağı Kərbəla şəhidlərinin növbəti ildönümü günlərində İmam Hüseyn (ə) şəhidlik məktəbini  xatırlayıb. Qarabağın azadlığına aparan yolun şəhidlikdən keçdiyini bir daha bəyan edib.

 

Akif Nağı bildirib ki, Azərbaycan xalqı artıq Ermənistanın işğalına, hərbi təcavüzünə, vandalizm və vəhşiliklərinə dözmək istəmir, bunu birmənalı şəkildə nümayiş etdirir. Odur ki, xalq müharibə yolu ilə öz torpaqlarının işğaldan azad olunmasını tələb edir.

 

Daha sonra tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının keçmiş sədri Hacı Hacıağa Nuri, DEVAMM sədri, ilahiyyatçı-filosof  hacı İlqar İbrahimoğlu, “Qarabağ Əlillər Cəmiyyəti” nin sədri Firudin Məmmədov və digər qonaqlar çıxış edərək hökumətdən Qarabağın azadlığını tələb ediblər.

 

Çıxışçılar qeyd ediblər ki, Azərbaycan xalqı dəfələrlə düşmənə qarşı ölüm-dirim savaşına girməyə, ölməyə və öldürməyə hazır olduğunu bəyan edib.

 

Odur ki, biz də Kərbəla və Qarabağ şəhidlərinin nümunəsindən örnək götürərək, düşmənə qarşı savaşın başlamasını tələb edir və bu döyüşün önündə olacağımızı vurğulayırıq!.

 

Tədbir mövzu ətrafında çıxışlarla davam etdirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system