NAMAZ VAXTLARI:
  • FƏCR 06:24
  • GÜN 07:50
  • ZÖHR 12:32
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda Psixonevroloji müəssisədən xəstə qaçdı

Oxundu: 504
Bakıda Psixonevroloji müəssisədən xəstə qaçdı

Bakıda müəssisədə müalicə olunan xəstə itkin düşüb.

"İslaminSesi.info"  xəbərinə görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müalicə alan 66 yaşlı xəstə Yuriy Yaiçnikov xəstəxanadan qaçıb.

 

Hadisə ilə bağlı polisə məlumat verilib.

 

Xəstənin axtarışları davam etdirilir.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi kəskin və ya xroniki psixi xəstəliklər səbəbindən əlilliyi olan 18 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir. Müəssisədə əlilliyi olan şəxslər münasib yaşayış şəraiti ilə təmin edilir, onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun sosial xidmət və qayğı göstərilir, onların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq peşə abilitasiyası və reabilitasiyası, rasional, o cümlədən diyetik yeməklərlə təmin edilmələri və s. istiqamətlərdə işlər aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system