Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO

Oxundu: 70
Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO

Bakıda uşaq qidasının içindən qurd çıxıb.

 

İslaminSesi xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı şikayətçi Asəf Abbasov verib.

 

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” aptekindən uşaq yeməyi olan “Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

 

“Məhsulun istifadə müddəti də bitməyib.  Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system