NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda müəllimə qarşı quldurluq edən şəxsə cəza tələbi

Oxundu: 346
Bakıda müəllimə qarşı quldurluq edən şəxsə cəza tələbi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"İslaminSesi.info" -nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinovçıxış edib. 

O deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı zərərçəkmiş və şahidlərin ifadələri ilə də tam sübuta yetirilib. 

Prokuror N.Qələndərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses yanvarın 16-da davam etdiriləcək. 

Qeyd edək ki, hadisə ötən il mayın 7-də Bakı şəhəri Binəqədi rayonunda baş verib. Abşeron rayon sakini Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşib, Binəqədi qəsəbəsinə gedəcəyini deyib.

Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb. Hadisənin törədilməsində şəhər sakini, əvvəllər məhkum edilmiş Nəsimi Qələndərov şübhəli bilinib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıblar. N.Qələndərov istintaqa ifadəsində əməlini etiraf edib. 

Polis əməkdaşlarının araşdırmaları ilə aydın olub ki, N.Qələndərov elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq edib. O, Qubad Xudayevin avtomobilinə minərək eyni ssenari ilə sürücünü bıçaqla hədələyib və ondan 90 manat pul alıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system