NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 86
Bakıda motosiklet taksi ilə toqquşub - VİDEO

Bakıda motosiklet taksi ilə toqquşub - VİDEO

İslaminSesi bildirir ki, Bakıda motosiklet taksi ilə toqquşub, xəsarət alan var.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Əhməd Rəcəbli küçəsində iaşə obyektinə məxsus motosikleti idarə edən 1995-ci il təvəllüdlü Abdullayev Təbriz Əlibaba oğlu 90-RR-458 dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobilin arxa hissəsinə çırpıllb. Nəticədə motosiklet aşıb və bayker ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Minik avtomobilinin sürücüsü Şahin Şirinov "Report"a müsahibəsində bildirib ki, o taksi fəaliyyəti ilə məşğul olur: "Yolun sağ zolağı hərəkət edirdim. Motosiklet isə sürətlə gələrək avtomobilimin arxasına çırpıldı".

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Deformasiyaya uğrayan motosiklet cərimə meydançasına yerləşdirilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system