Bakıda metronun yanında dəhşətli qətl: 28 yaşlı oğlanı amansızca öldürdülər - FOTOLAR

Oxundu: 683
Bakıda metronun yanında dəhşətli qətl: 28 yaşlı oğlanı amansızca öldürdülər - FOTOLAR

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

 
İslaminSesi APA-ya istinadla xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında törədilib.
 
 
28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Nizami Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, R.Kazımov işlədiyi mağazanın yaxınlığında mübahisə edib. Qətl də həmin ərazidə törədilib.
 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system