ÖLKƏ
Oxundu: 120
Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb
13:35, 19.03.2018
Azərbaycanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
"İslaminSesi.info" bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-18-də ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram isə marixuana götürülərək dövriyyədən çıxarılıb.
Belə ki, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Xocəsən qəsəbə sakini Taleh Şükürovdan tiryək və heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heroin, 6 kiloqram 100 qram tiryək və 13 kiloqram 850 qram marixuana aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Haşımovdan 1 kiloqram 10 qram heroin aşkar olunub.
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov saxlanılıb, ondan 12 kiloqram 250 qram marixuana götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
5-ə qədər saya bilmədiyi üçün azərbaycanlı ata uşağa işgəncə verdi – Dəhşət 22:01, 20.04.2018
-
Eldar Mahmudov və MTN-nin keçmiş idarə rəisi məhkəməyə verilib 16:50, 20.04.2018
-
Binəqədidə "BMW" yanıb 16:19, 20.04.2018
-
Sabah Azərbaycanda yeni baş nazir seçiləcək 15:51, 20.04.2018
-
Ombudsman məmurlara irad bildirdi 15:32, 20.04.2018
-
Sumqayıtda 18 yaşlı gənc itkin düşdü 15:19, 20.04.2018
-
Nazirlik Şamaxıda bələdiyyə sədrini cərimələdi 15:03, 20.04.2018
-
Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib 14:46, 20.04.2018
FOTO XƏBƏR
BÜTÜN FOTO XƏBƏRLƏRVİDEO XƏBƏR
BÜTÜN VİDEO XƏBƏRLƏR
Bu şəxsi küçədə görsəniz dilənçi zənn edə bilərsiniz - 6 milyard dollara sahibdir

Berlin təxliyyə olunur -Yarımtonluq bomba aşkarlanıb

Bakıda dəhşətli hadisə: Falçı yanına gələn qızları zorlayıb, videoya çəkib -FOTOLAR

Corc Buşun seçkilərini saxtalaşdıran xakerin istintaq görüntüləri - İnanılmaz etiraf
ŞƏRH YAZIN