Bakıda keçmiş iş adamı güllələndi - YENİLƏNİB

Oxundu: 521
Bakıda keçmiş iş adamı güllələndi -  YENİLƏNİB

Bakıda keçmiş biznesmen güllələnib.

 

İslaminSesi.info  xəbər verir ki, bu barədə  Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Belə ki, Ucar rayonunun 40 yaşlı sakini Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.

 

Hazırda Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları cinayəti törətməkdə şübhə bilinən şəxsin axtarışı ilə məşğul olurlar. Şübhəli cinayət yerindən qaçıb. 

 

İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb. Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.

 

Məlumdur ki, A.Hüseynovun bir neçə şəxsə iri məbləğdə borcu yaranıb. Güman edilir ki, qətlin törədilməsinə məhz bu səbəb olub.

 

A.Hüseynovun son illər müəyyən yaşayış yeri olmayıb və müxtəlif obyektlərdə fəhlə kimi pul qazanıb. O, belə obyektlərin birinin ətrafında qətlə yetirilib.

 

 

İslaminSesi.info "Report" a istinadən xəbər verir ki, Nizami rayonu, Qara Qarayev prospektində Ucar rayon sakini Asim Hüseynov odlu silahdan atəş açılmaqla qətlə yetirilib.

 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system