NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda kafedə partlayış nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada ölüb

Oxundu: 311
Bakıda kafedə partlayış nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada ölüb

Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 44 yaşlı Natiq İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.

"İslaminSesi.info" bildirir ki, bu barədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

 

O bildirib ki, yaralı gecə saat 2 radələrində dünyasını dəyişib.

 

Ş.Məmmədov qeyd edib ki, digər yaralı 53 yaşlı Şəkər İbrahimovanın vəziyyəti isə ağır olaraq qalır: “Hazırda qadının müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.

 

Qeyd edək ki, mayın 21-də Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) kafenin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system