NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda insan haqqlarının qorunması və siyasi məhbuslara azadlıq mövzusunda tədbir keçirilib

Oxundu: 199
Bakıda insan haqqlarının qorunması və siyasi məhbuslara azadlıq mövzusunda tədbir keçirilib

Siyasi Məhbuslara Azadlıq İttifaqının təşkilatçılığı ilə insan haqqlarının qorunması və siyasi məhbuslara azadlıq mövzusunda tədbir keçirilib.

 

İslaminSesi xəbər verir ki, tədbirdə ölkənin tanınmış ziyalıları, partiya və təşkilat rəhbərləri, siyasi məhbus ailələri,  eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan Siyasi Məhbuslara Azadlıq İttifaqının sədri Eldəniz Quliyev bildirib ki, ölkədəki siyasi məhbusların siyahısı Avropaya təqdim olunacaq.  Bu tədbirdə məhz siyasi məhbuslarla bağlı məsələlərə toxunulacaq və xüsusən də inanclı siyasi məhbusların taleyi ilə əlaqədar mövzular müzakirə ediləcək.

 

Eldəniz Quliyev əlavə edib ki, ölkədə insan haqqlarının vəziyyəti olduqca bərbaddır.  Bu fikirləri ölkənin ən səs-küylü hadisələrindən olan Nardaran hadisələri və sözügedən faciə ilə əlaqəli həbs olunan insanların acı taleyi sübuta yetirir. Bu gün Nardaranlıların qəlbində olan İmam Hüseyn (ə) sevgisi bütün silahlardan daha güclüdür. Ona görə də, Nardaran məhbuslarına həbsxanalarda təzyiqlər  davam edir.

 

Ardınca tədbirə virtual olaraq qoşulan tanınmış hüquq müdafiəçisi və siyasi məhbus siyahısını hazırlayan şəxslərdən biri olan Leyla Yunus siyahıdakı yenilənmə ilə bağlı fikirlərini çatdırıb.  O, bildirib ki, hazırda siyahıda 149 siyasi məhbusun adı var. Bu siyahı ingilis dilinə tərcümə olunub və hər bir siyasi məhbus haqda bütün məlumatlar öz əksini tapıb.

 

Leyla Yunus əlavə edib ki, birinci qrupda 10 nəfər siyasi məhbusun adı yer alıb və onlar jurnalistlər və bloggerlərdir. İkinci  qrupda yazıçılar (1 nəfər), üçüncü qrupda hüquq müdafiəçiləri (1 nəfər), dördüncü qrupda gənclər (4 nəfər), beşinci qrupda müxalifət partiyasının nümayəndələri (14 nəfər), altıncı  qrupda Səid Dadaşbəyli ilə birgə tutulanlar (10 nəfər), yeddinci qrup islamçılar (77 nəfər) və “Nardaran 2 “ də həbs edilənlər bu siyahıda yer alıb.  Sülh və Demokratiya İnstitutu olaraq biz bütün siyasi məhbusların taleyi ilə maraqlanırıq.

 

Tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da mövzu ətrafında maraqlı fikirlər səsləndirib.  O, bildirib ki, bu gün Azərbaycanda müxtəlif kateqoriyalı siyasi məhbuslar həbsxanalarda günahsız yerə cəza çəkirlər.  AİP lideri Hacı Mövsüm Səmədovun  Azərbaycan xalqının bir incisi olduğunu, gecə-gündüz millətin rifahı üçün çalışdığını deyən Növrəstə İbrahimova, o cür şəxsiyyətlərin Qarabağı azad etməyə qadir olduqlarını dilə gətirib.  Çıxışının sonunda AİP funksioneri  qeyd edib ki, İmam Hüseyn (ə) və onun bayrağına toxunan  bütün məkrli qüvvələrin aqibəti hər kəsə bəllidir.

 

Tədbirdə söz alan AİP funksioneri Akif Heydərli yeni yaradılan qurumu müqavimət hərəkatı kimi qiymətləndirib.  O, bildirib ki, şər qüvvəyə qarşı müqavimət olmasa , cəmiyyət mənəvi tənəzzülə uğrayar.  Akif Heydərli qeyd edib ki, vəzifə və vəzifə sahibləri xalqa xidmət üçün təyin olunurlar.  Lakin təəssüflər olsun ki, ölkədə bunun tam əksini müşahidə edirik.  Heç bir məhkəmə qurmadan insanları ittiham etmək, sistemdəki mənəvi tənəzzülün bariz nümunəsidir.  

 

Akif Heydərli əlavə edib ki, həbs olunan siyasi məhbusların  heç biri dövlət çevrilişi etmək, yaxud hakimiyyətə gəlmək iqtidarında olmayıb.  Lakin onlar uzun müddətlik həbsə atılıblar.  Bu isə hakimiyyətə qarşı zərərsiz mühitin yaradılması deməkdir və hakimiyyət məhz buna çalışır.

 

Ardınca tədbirdə çıxış edən Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl tədbirin mahiyyəti haqda önəmli fikirlər səsləndirib. O, bildirib ki, bir neçə gündən sonra AİP lideri Hacı Mövsüm Səmədovun həbsinin 8-ci ili tamam olur.  Hacı Mövsüm və onun timsalında digər şəxsiyyətlərin cəmiyyətdən təcrid olunması əsl faciədir və bumeranq effekti yaradır. Çünki hər gün cəmiyyət mənəvi deqredasiya və aşınmaya məruz qalır. Həbsdə olan bu cür şəxsiyyətlərin  cəmiyyətdən təcridi çox ciddi fəsadlara yol açır.  Bu cəmiyyət üçün daha artıq təhlükə yaradır.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system