NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 5436
Bakıda güllələnən şəxs məhkəmənin qərarına belə etiraz etdi - VİDEO

Bakıda güllələnən şəxs məhkəmənin qərarına belə etiraz etdi - VİDEO

Bakıda vətəndaş etiraz aksiyası keçirib.

İslaminSesi Musavat.com-a istinadən xəbər verir ki, vətəndaş Sənan İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçirib.

O, hakimi Fikrət Qəribovun məhkəmə qərarına etiraz edib.

 

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatına görə, Bakıda cinayət hadisəsi törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı tutulub. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib.

 

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Təqsirləndirilən şəxd Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hökmə əsasən, V.Əhmədov 5 il müddətinə azadlıqdan məhrum olunub.

 

Dövlət ittihamçısı çıxışında V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

S.İsmayılov onu öldürməyə cəhd edən şəxsə az cəza verikdiyini, hakimin rüşvət alfığını iddia edir.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system