NAMAZ VAXTLARI:
  • FƏCR 06:33
  • GÜN 07:58
  • ZÖHR 12:52
  • ŞAM 18:05
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda gənc vəhşicəsinə qətlə yetirildi - FOTO

Oxundu: 244
Bakıda gənc vəhşicəsinə qətlə yetirildi - FOTO

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

"İslaminSesi.info" bildirir ki, bu barədə virtualaz.org-a hadisə şahidləri məlumat veriblər. Qətl hadisəsi metronun "Nizami" stansiyası yaxınlığında baş verib.

 

Naməlum şəxslər gənci bıçaqlayıblar. Gənc aldığı yaralardan hadisə yerində keçinib. Hazırda məsələ ilə bağlı araşdırma gedir.

 

Bakı Şəhər Prokurorluğundan verilən məlumata əsasən, qətlə yetirilən şəxs 1996-cı il təvəllüdlü Emin Asif oğlu Şəmiyevdir.

 

Məlumata əsasən, qətl hadisəsi Salatın Əskərova 64 ünvanında qeydə alınıb. Hadisə yerinə polis idarəsinin rəisi və prokuror gəlib.

 

23 yaşlı gənc ürəyindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Faktla bağlı 120.1. maddəsi ilə cinayət işi qaldırılıb.
Hazırda qətli törədən şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system