NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 194
Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər

Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər

Hazırda yeni metro stansiyalarının tikintisi ilə bağlı işlər görülür. Bildiyimiz kimi cənab Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinə təkrar start verildiyini bildirib.

"İslaminSesi.info" bildirir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hazırda bir neçə metro stansiyası üzrə tikintilərin davam etdirildiyi haqda danışarkən deyib:

 

“Hazırda bir neçə istiqamətdə metro stansiyalarında tikintilər davam edir. Paytaxtın Ceyhun Səlimov küçəsindəki  “Bənövşəyi xətt” üzrə şərti adı “B3” olan metro stansiyasında tikinti işlərini daha da sürətləndirmişik. Bundan əlavə “Xocahəsən” Elektrik Deposu, “Avtovağzal” stansiyasından “Xocahəsən” Elektrik Deposuna gedən tunel və “Həzi Aslanov-2” stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci “B3” stansiyası çox güman ki, gələn il istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system