NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 125
Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda fəhlə faciəvi şəkildə öldü

İyulun 17-də fəhlə tikintisi başa çatmış binada təmir işləri ilə məşğul olarkən hündürlükdən yıxılaraq ölüb. Hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 204 ünvanda (2 nömrəli Bakı Baza Tibb Kolleci ilə üzbəüz) baş verib.

İslamınSəsi bildirir hadisə şahidləri virtualaz.org saytına bildiriblər ki, çoxsaylı xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

 

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından xəbəri təsdiqləyiblər. “Təxminən 40 yaşlı kişi hündürlükdən yığılaraq dünyasını dəyişib. Təcili yardım onun hadisə yerində dünyasını dəyişdiyini müəyyənləşdirib”, – stansiyadan söyləyiblər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişi Xidmətindən isə onlara qəza ilə bağlı məlumat verilmədiyini bildiriblər.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system