NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda evə silahlı basqın oldu, ev sahibi bıçaqlandı

Oxundu: 276
Bakıda evə silahlı basqın oldu, ev sahibi bıçaqlandı

Bakıda silahlı şəxslər evə basqın edib.

"İslaminSesi.info" bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb etmiş, istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döymüş, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

 

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

 

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system