Bakıda doqquzmərtəbəli yaşayış binasında güclü yanğın - 10 nəfər ...

Oxundu: 55
Bakıda doqquzmərtəbəli yaşayış binasında güclü yanğın - 10 nəfər ...

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

İslaminSesi xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, binanın altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system