NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 477
Bakıda doğranmış qadın cinayəti - Təfərrüatlar

Bakıda doğranmış qadın cinayəti - Təfərrüatlar

Bakıda vəhşicəsinə qətlə yetirilmiş və cəsədi doğranaraq zibil yeşiyinə atılmış qadınla bağlı ilkin məhkəmə tibbi ekspertizasının bəzi detalları məlum olub.

İslaminSesi Sputnik.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində zibil qutusunda aşkarlanan qadın cəsədi bıçaq və balta zərbələri ilə hissələrə ayrılıb.

Bu barədə Bakı şəhər prokurorluğundan bildirilib.

Sellofan paketlərə qablaşdırılmış qadın bədəni hissələri bu gün səhər 08:00 radələrində aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qatilin kimliyini araşdırır. Qətlin mənzildə baş verdiyi ehtimal olunur. Şübhə doğurmamaq üçün qatil cəsədi hissələrə bölüb və sellofan torbalara qablaşdılrıb.

Vəhşicəsinə qətlə yetirilən qurbanın 50-60 yaş arasıda olduğu müəyyənləşdirilib.

Məhkəmə tibbi ekspertizasının ilkin rəyinə görə qətl hadisəsi fevralın 15-dən 16-a keçən gecə baş verib. Qətldən dərhal sonra qatil cəsəddən qurtulmaq qərarına gəlib.

Mütəxəssislərin versiyasına görə, qatil kişi cinsinə mənsubdur. Yetirilmiş xəsarətlərə görə qatilin peşəkar qəssab olması da istisna edilmir. Qatil qadının başını bədənindən ayırıb, amma onun üz nahiyyəsinə toxunmayıb. Bu səbəbdən də onun şəxsiyyətini müəyyənləşdirmək şansı var. Amma cəsədin əlləri tapılmayıb. Görünür cani qurbanın barmaq izlərinə görə şəxsiyyətinin müəyyənləşdirilməsinin daha asan olacağını nəzərə alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system