Bakıda dəm qazı daha bir can aldı

Oxundu: 80
Bakıda dəm qazı daha bir can aldı

Şəki rayon sakini, paytaxtın Xətai rayonunda yaşayan 1943-cü il təvəllüdlü Abdullayev Abduləli Həsən oğlu ötən gün hamamda dəm qazından zəhərlənərək vəfat edib.

İslaminSesi-nin məlumatına görə, hadisə yerinə və meyitə rayon prokurorluğu, polis əməkdaşları və hal şahidlərinin iştirakıyla baxış keçirilib. Meyit daxili müayinədən keçirilməsi üçün Səhiyyə Nazirliyinin Xətai rayon şöbəsinə göndərilib.

 

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi açılaraq ibtidai istintaq aparılır./“Qafqazinfo”/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system