NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda dəhşətli qəza: Sürücü yerindəcə can verdi - Video

Oxundu: 1295
Bakıda dəhşətli qəza: Sürücü yerindəcə can verdi - Video

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İslaminSesi "Report" a istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hündai Elantra" markalı avtomobil ("99-RX-128" dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.

 

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.

 

Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.

 

Qəza zamanı "Hundai"dan başqa daha iki maşına ziyan dəyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system