NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 180
Bakıda daha 19 piyada keçidi tikiləcək

Bakıda daha 19 piyada keçidi tikiləcək

Bakı Nəqliyyat Agentliyinin təklifi ilə paytaxtda daha 19 ünvanda piyada keçidləri tikiləcək

İslaminSesi xəbər verir ki, bu barədə virtualaz.org-a Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, Bakı şəhərində piyada təhlükəsizliyi və onlar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib.

 

Piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda təşkil edilməsi nəzərdə tutulub.

 

Qeyd edilən ünvanlar Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin apardığı təhlillər və daxil olan vətəndaş müraciətləri əsasında müəyyən edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system