NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 87
Bakıda çoxmərtəbəli binalardan 4 liftin əyləc dolağı oğurlanıb

Bakıda çoxmərtəbəli binalardan 4 liftin əyləc dolağı oğurlanıb

İslaminSesi bildirir ki, Bakıda çoxmərtəbəli yaşayış binasının 4 liftinin əyləc dolağı oğurlanıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki binalardan birində baş verib. 

Belə ki, sentyabrın 10-na keçən gecə qəsəbədəki yaşayış binalarının birindən liftin əyləc dolağı oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Renat Ələkbərov tutulub. 

R.Ələkbərovun ətrafında aparılan tədbirlərlə onun avqustun 31-dən sentyabrın 11-dək olan müddətdə qəsəbə ərazisində daha 3 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system