NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda bu ərazilərdəki evlər söküləcək - Siyahı

Oxundu: 344
Bakıda bu ərazilərdəki evlər söküləcək - Siyahı

Paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul olunub.

 

İslaminSesi bildirir ki, bu barədə “Sputnik Azərbaycan”a Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib.

 

Qeyd edilib ki, Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək: “Həmin binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir. Bunlar 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır. Digər bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 ünvanında yerləşir.

 

Paytaxtın Səbail rayonunda 20-ci sahə, A.İsmayılov küçəsi 51 ünvanındakı binanın sökülməsi barədə qərar verilib. Sabunçu rayonunda isə yeddi bina kəskin qəzalı vəziyyətdədir. Bunlar Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsi, 7A, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 8A, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi-18, Sabunçu qəsəbəsi D.Pişəvari küçəsi 13Q, Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsi 15 ünvanlarındakı köhnə tikililərdir.

 

Suraxanı rayonu ərazisində isə dörd binanın kəskin qəzalı olması barədə rəy verilib. Bunlar Park küçəsi 32, S.Bəhlulzadə döngəsi 17, ev 15, İ. Məmmədov küçəsi 6 və İ. Məmmədov küçəsi 8 ünvanlarındakı kəskin qəzalı binalardır.

 

Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olduğu səbəbindən söküləcək.

 

Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system