Bakıda bir neçə yolda rəngləmə işləri aparılacaq – SİYAHI

Oxundu: 77
Bakıda bir neçə yolda rəngləmə işləri aparılacaq – SİYAHI

Bakıda bir neçə yolda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək üfüqi nişanlama xətlərinin rənglənməsi işləri aparılacaq.

 

İslaminSesi bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, rəngləmə işləri Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarını, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsini, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsini əhatə edəcək.

 

Sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system